Azərbaycanda mobil operatorlar danışıq qiymətlərini ucuzlaşdıracaq

"Azərbaycanda mobil nömrələrin daşınması xidməti işə düşdükdən sonra mobil operatorların standart danışıq tarifini aşağı salacağı gözlənilir. Amma indidən qiymətləri hansı mobil operatorun ucuzlaşdıracağını söyləmək mümkün deyil". 

Bu sözləri Movqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyib.
İ.Əliyev bildirib ki, hansı mobil operatorların qiyməti aşağı salacağı abunəçilərin seçimindən asılıdır: 
"Nömrə daşınma sistemi işə düşdükdən sonra bizim də gözləntilərimiz odur ki, qiymətlər ucuzlaşacaq. Abonent sərfəli mobil operatoru seçərsə, digər mobil operatorlar bu rəqabətə davam gətirmək üçün qiyməti ucuzlaşdıracaqlar". 
Dunyatv.az
[/b]
  • Müəllif: Sebine
  • Tarix 18-01-2014, 11:50
  • Bölmə: Xəbərlər / Maraqlı / Texnologiya
  • Baxılıb: 525
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Arxiv
Sayğac