Coca-Cola stadiona öz adını vermək üçün "Real"a 80 milyon avro təklif edib

Alkoqolsuz içki istehsalçısı Coca-Cola şirkəti "Santyaqo Bernabeu" stadionuna öz adını vermək üçün Madridin "Real" klubu rəhbərliyinə 80 milyon avro təklif edib.
DunyaTv.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, daha əvvəl klub Microsoft şirkəti ilə danışıqlar aparsa da, onlarla razılıq əldə olunmayıb. Microsoft öz adını vermək üçün 50 milyon avro təklif edirdi.
Lakin Coca-Cola-nın təklifi klub rəhbərliyinə daha münasib görünüb.
"Real"ın prezidenti Florentino Peres stadionun rekonstruksiyasını sponsorların həyata keçirməsinə çalışır. Lakin bu layihə hazırda dondurulub. Çünki onun həyata keçirilməsi üçün 450 milyon dollar tələb olunur.
Xatırladaq ki, Coca-Cola "Real" futbol klubunun 13 sponsorundan biridir.
  • Müəllif: Guler
  • Tarix 18-01-2014, 11:50
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 638
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Arxiv
Sayğac