dunyatv.az
CANLI YAYIN

Planşetlərin bazarda payı artır

18-01-2014, 15:34

Planşetlərin bazarda payı artır

 8 düym diaqonallı ekrana malik planşet kompüterlərin bazar payı tədricən artmağa doğru gedir. Belə ki, Digitimes Research tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında buraxılan planşet qurğularının ümumi həcminin 15,2 faizini 8 diaqonallı modellər təşkil edib.

Göstəriciləri 8 düymlü planşetlərin payının 5,9 faizə bərabər olduğu 2013-cü ilin sentyabr rəqəmləri ilə müqayisə edən ekspertlər hesablayıblar ki, cəmi üç ay ərzində nəzərdən keçirilən seqment 2,5 dəfə artıb.

Analitiklər artımı Bay Trail çipi və Windows 8 əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymlü planşetlərin tədarükünə başlanması ilə izah edirlər. Atom ailəsinin yeni prosessorlarının effektiv olmasına görə Lenovo, Acer və Dell şirkətləri daxil olmaqla bir sıra əsas istehsalçılar onlar əsasında modellər təqdim edib.
Bundan başqa, tədarük həcminin artması istehsalçıların çeşidi rəngarəng etməyə səy göstərməsi ilə izah edilir. Digitimes Research mütəxəssislərinin fikrincə, white-box modellərin və ucuz brendli qurğuların genişlənməsi şəraitində uğuru yalnız Samsung, Google və Amazon kimi nəhəng şirkətlər qazana bilər.
Ekspertlər onu da qeyd ediblər ki, ötən ay tədarük edilən planşetlərin 53 faizindən çoxu Android əməliyyat sisteminin idarəetməsi ilə işləyib, buraxılan qurğuların yarısından çoxu 2 giqabaytlıq operativ yaddaşla təchiz edilib.


Oxunub: 627

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.