Beren Saatdan şok qərar: "Gedirəm..." [foto]

Türkiyənin gənc və məşhur aktrisalarından biri olan Beren Saat karyerasında fasilə etmək qərarına gəlib.
Dunyatv.az Türkiyə mətbuatına istinadən bildirir ki, ötən il "Fatmagülün suçu ne?" serialından sonra "bir qədər fasilə edəcəyəm" söyləməsinə rəğmən, sonradan "İntikam" serialında baş rol oynayan B.Saat bu dəfə fikrindən dönməyəcəyini vurğulayıb.Beren Saatın bu qərarı pərəstişkarlarını xeyli üzüb.
Üç ildən bəri birlikdə olduğu müğənni Kenan Doğulu ilə bu yay ailə qurmağı planlaşdıran Beren Saat bir il dincəlmək niyyətində olduğunu deyib.
Aktrisa indiyədək 4 seriala çəkilişlə bağlı təklifləri qəbul etməyib.
"Həmin seriallarda oynamağa görə mənə çox yüksək məbləğdə pul təklif olunurdu. Amma istəmədim. Çox yorulmuşam. Dincəlmək fikrindəyəm. Ən azı bir il istirahət etmək niyyətindəyəm. Gedirəm, bir il ekranlardan uzaq qalacağam", - Beren Saat söyləyib.
Dunyatv.az
[/b]
  • Müəllif: Sebine
  • Tarix 18-01-2014, 15:34
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 662
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac