ABŞ-da müəllimə uşağı şkafa salaraq evə gedib [video]

Tenessi ştatındakı (ABŞ) məktəblərdən birində misli görünməmiş hadisə baş verib.

DunyaTv.Az xarici mətbuata istinadən xəbər verir ki, müəllimə Kristina Oksfeld 5 yaşlı Akila Cozefi cəzalandırmaq məqsədi ilə məktəb şkafına salıb və arxadan qapını bağlayıb.

Daha sonra o uşağın harada olduğu barədə heç kimə demədən işdən gedib.
Müəllimə özünü pis hiss etdiyini və bu səbəbdən məktəbi tələsik tərk etmək məcburiyyətində qaldığını bildirib.
"Daily Mail” yazır ki, qorxmuş uşağı yalnız bir saatdan sonra aşkar etmək mümkün olub.

Qızın sözlərinə görə, müəllimə onun özünü dərsdə pis apardığını hesab edib və bu səbəbdən Akilanı şkafa salıb. Uşağın anası Vanda Cozef jurnalistlərə bildirib ki, qızı tapdıqları zaman soyuqdan və qorxudan titrəyirmiş. Onun sözlərinə görə, qız astma xəstəliyindən əziyyət çəkir, onun tutması tuta bilərdi, lakin xoşbəxtlikdən qız zərər çəkməyib.
Müəyyən edilib ki, bu müəllimənin birinci belə davranışı deyilmiş.

"O işdən qovulmalıdır”, - deyə Vanda bildirib.


  • Müəllif: Guler
  • Tarix 19-01-2014, 15:15
  • Bölmə: Xəbərlər / Video
  • Baxılıb: 622
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac