Kirayə haqqını ödəyə bilməyən şəxs 14 yaşlı qızını ev sahibinə ərə verdi

Kirayə haqqını ödəyə bilməyən şəxs 14 yaşlı qızını ev sahibinə ərə verdi

Qız deyir ki, xalası oğluna ərə getməyə hazırlaşırdı.

Bir çox ölkələrdə kirayə haqqını natura şəklində də ödəyirlər.

Dunyatv.Az Oxu.az-a istinadən xəbər verir ki, Livanda yaşayan suriyalı qaçqın ailəsi kirayə haqqını 14 yaşlı qızla ödəmək məcburiyyətində qalıb. Yeniyetmə qızı evin 44 yaşlı sahibinə ərə veriblər.

Qız isə ağlayır və yaşlı kişiyə ərə getmək istəmir.

Maraqlısı budur ki, həmin kişinin artıq bir həyat yoldaşı var, ancaq gənc qızla evlənməklə, görünür, həyatını yeniyetmə qızın hesabına daha da rəngləndirmək istəyir.

Gənc Hənilə Amarisə dərddən özünə gələ bimir, ancaq deyir ki, valideynlərinin iradəsinə tabe olmaqdan başqa yolu yoxdur.

"Mən kirayəçinin arvadı olmalıyam ki, ailəm həmin evdə rahat qala bilsin. Əks təqdirdə biz çadırda yaşamalı olacağıq. Bu da mümkün düyil, çünki 12 yaşlı qardaşımın astma xəstəliyi var. Atamın isə ürəyi xəstədi”, - balaca Hənifə deyir.

Qız deyir ki, xalası oğluna ərə getməyə hazırlaşırdı. Ancaq o, Suriyadakı döyüşlərdə həlak olub.
 

 

  • Müəllif: Pervin_M
  • Tarix 19-01-2014, 15:25
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 699
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac