Abşeron şəhərətrafı elektrik qatarlarında bu gün gediş-gəliş pulsuz olacaq

Abşeron şəhərətrafı elektrik qatarlarında bu gün gediş-gəliş pulsuz olacaq

Bakı, 20 yanvar, SalamNews. "Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 24-cü ildönümünün qeyd edilməsi ilə bağlı Tədbirlər planı hazırlanıb.
QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SalamNews-a verdiyi məlumatda deyilir ki, Tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonasında yanvarın 20-də saat 06.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Bu gün saat 12:00-da şəhidlərin anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

  • Müəllif: Guler
  • Tarix 20-01-2014, 10:38
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 654
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac