Afrikanın ulduzu söndü

Britaniyanın BBC World News telekanalında Afrika ilə bağlı xəbərlər proqramının məşhur aparıcısı, 41 yaşlı Komla Dumor vəfat edib. Onun cəsədi Londondakı evində tapılıb.
DunyaTv.Az Daily Mail-ə istinadən bildirir ki, ən məşhur afrikalı jurnalist sayılan Komla Dumor "Afrikanın 100 ən nüfuzlu adamı" reytinqində yer almışdı və onu "Afrikanın ulduzu" adlandırırdılar.
Əslən Qanadan olan Komla Dumor vətənində radiojurnalist kimi çalışaraq "İlin jurnalisti" adını alandan sonra 2007-ci ildə BBC-də işləməyə başlamışdı.
1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuş mərhum Komla Dumor barədə BBC Global News-un direktoru Piter Horroks deyib: "Bu xəbər bizi şoka saldı. Afrika jurnalistikasının ulduzu söndü. Komla Afrika barədə olduğu kimi danışırdı".
  • Müəllif: Guler
  • Tarix 20-01-2014, 10:38
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 553
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac