Kişilərin cavan qalma sirləri

 

Məşhur qadınlar kimi kişilər də gənc qalmaq üçün əlindən gələni edir. Qadınların kişilərlə eyni hüquqlara malik olmaq istəməsi normal qəbul edildiyi kimi, kişilərin gənc və yaraşıqlı qalmaq istəməsi də bir o qədər təbiidir. Publika.Az Türkiyə mətbuatına istinadən bəzi məşhur kişilərin gənclik formullarını verir.

Həyatı kamera və göz önündə keçən insanların xarici görünüşü və sağlamlığı əsas hesab olunur. Buna görə də kişilər də özlərinə xüsusi qulluq göstərirlər və illər keçsə də, həmişə cavan görünürlər.

Qadınların heyranlıqla izlədiyi 44 yaşındakı Avstraliyalı aktyor Hugh Cakman cavan qalan kişilərdən biridir. Cakman-ın sirri olduqca sadədir: idman və rəqs. Mütəmadi olaraq qaçış, üzgüçülük və boks məşqlərində iştirak edən məşhur aktyor eyni zamanda Broadvayda rəqs edir. Formada qalmasının başlıca səbəblərindən biri də şən və əyləncəli həyat sürməsidir.

Digər məşhurlardan Corc Kluni "People jurnalı" tərəfindən 1997 və 2006-ci ildə dünyanın ən yaraşıqlı və cəlbedici kişilərdən biri elan olunmuşdu. O, idman və yoqa ilə məşğul olduğu üşün olduğundan çox gənc görünür. Gənc göründüyü üçün isə özünü çox xoşbəxt hiss edir.

Tanınmış aktyorlardan Vill Smith isə sağlam və gənc görünüşünün sirrini hər gün səhər qaçışı ilə məşğul olmağında və gün ərzində kitab oxuyaraq zehnini inkişaf etməsi ilə izah edir.

Bred Pitt də qadınlar heyranlıqla izlədiyi aktyorlardan biridir. Amerikalı aktyor Bred Pitt cəlbedici olmaqla yanaşı 49 yaşında cavan qalmağının sirrini xoşbəxt ailə həyatında və 6 uşağı ilə vaxt keçirməyində görür. Gümrah qalması isə sağlam qidalanmağında və vaxt tapdıqca sörf idman növü ilə məşğul olmağı ilə izah edib.

Azərbaycan qadınlarının bəyəndiyi xarizmatik kişi müğənnilərindən biri də Mustafa Sandaldır. 43 yaşlı Mustafa Sandal sağlam və cavan olmağını siqaret və spirtdən uzaq durduğu və gün ərzində 3 saat idmanla məşğul olmasında görür.

Gənc qızlar tərəfindən bəyənilən yaraşıqlı sənətçi Murat Bozun 33 yaşı olmasına baxmayaraq, 18 yaşında göründüyünü heç kim inkar edə bilməz. Cavan görünməsinin sirrini həftədə 3 gün bodibildinq-lə məşğul olmağı ilə izah edib.

 


  • Müəllif: Asef
  • Tarix 1-11-2013, 11:51
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 1 228
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac