dunyatv.az
CANLI YAYIN

Ebru Gündeş istədiyinə çatdı

22-01-2014, 11:23

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş əri, əslən Güney Azərbaycandan olan azərbaycanlı milyarder Rza Zərrabla bağlı məhkəməyə yolladığı müraciətin müsbət dəyərləndirilməsinə nail olub.
DunyaTv.Az AHT-yə istinadən bildirir ki, Ebru Gündeş ötən ilin dekabrın 17-də İstanbulda həbs edilmiş əri R.Zərrab ilə bağlı istintaq başa çatana qədər həmin proseslə bağlı məlumatların mediada açıqlanmasının yasaqlanmasını istəyirdi.
İstanbuldakı 2-ci Cəza Məhkəməsi müğənninin istəyini nəzərə alıb və Rza Zərrab-Ebru Gündeş cütlüyü ilə bağlı məlumatların məhdudlaşdırılması ilə bağlı qərar verib.


Oxunub: 1 228

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.