dunyatv.az
CANLI YAYIN

Müşfiqabadda faciəli qəza: ata ilə oğlu ölüb, 2 nəfər yaralanıb

22-01-2014, 11:15

Müşfiqabadda faciəli qəza: ata ilə oğlu ölüb, 2 nəfər yaralanıb

Şamaxı yolunun 23 kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Abşeron rayonunun Müşfiqabad qəsəbəsində "Ford” markalı yük avtomobili ilə VAZ-2107 markalı minik maşını toqquşub.

Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 1968-ci il təvəllüdlü Mehralıyev Gəray Surxay oğlu və onun oğlu, 1993-cü il təvəllüdlü Vüsal dünyasını dəyişib, yük maşınında olan iki nəfər – 1981 təvəllüdlü Səlimov Azad Cəmaləddin oğlu və 1979 Musayev İlham Ağapənah oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunub: 1 286

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.