Balotelli "Qalatasaray"ın "Yuventus"u məğlub etməsindən danışdı

Qış transfer pəncərəsində "Qalatasaray"a keçəcəyi gündəmə gələn "Milan"ın ulduz futbolçusu Mario Balotelli İstanbul klubu ilə bağlı maraqlı açıqlamalar verib.
DunyaTv.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan 23 yaşlı hücumçu "sarı-qırmızılar"ın Çempionlar Liqasının qrup mərhələsinin son matçındakı "Yuventus" qələbəsindən danışıb.

Balotelli sabiq baş məşqçisi Roberto Mançininin çalışdırdığı komandanın qalib gəldiyi üçün çox sevindiyini deyib:

"İtaliya millisinin futbolçusuyam. "Yuventus" A Seriyasında rəqibimizdir, amma orada yığmadan çoxlu komanda yoldaşlarım var. Mançini də sabiq baş məşqçimdir. Ondan çox şey öyrəndim. Ona çox şey borcluyam. Matçı izləməyə başlayarkən "yaxşı oynayan qazansın" dedim. Amma Sneyder qol vurub, "Qalatasaray" qalib gəldikdən sonra, açığı, "Yuventus"a yazığım gəlmədi. Sabiq baş məşqçim Roberto Mançininin çalışdırdığı komandanın qrupdan çıxmasına çox sevindim"
  • Müəllif: Guler
  • Tarix 22-01-2014, 22:15
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 596
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac