Ayda naməlum obyekt tapıldı

Ayda naməlum obyekt tapıldı

Kosmosda yad planetli axtaranları həyəcanlandıracaq yeni bir video təqdim olunub. Bu dəfəki tapıntı Ayda baş verib. "WowForReeel" adlı istifadəçinin təqdim etdiyi video "Gəlmələrin Aydakı bazası?" adlanır.
"WowForReeel" onun tapıntısına şübhə ilə baxanlardan videoya diqqətlə baxmağı məsləhət görüb və o, tapdığı obyektin koordinatlarını 22042'38 0,46 N və 142034'44 0,52 E "Google Moon"a təqdim edib. Bu obyekt bir neçə işıqlı nöqtədən ibarət üçbucağı xatırladır. "Mən hələ həyatımda hansısa kraterdə buna bənzər bir şey görməmişəm", - o bildirib.
Video haqqında müxtəlif fikirlər səsləndirilib, mistika sevənlər obyektin nəyə bənzədiyi haqqında rəvayətlər uydurmağa, skeptiklər isə ironiya etməyə başlayıblar.
Ümumiyyətlə, Ayda gəlmələrin ola biləcəyi barədə hələ o vaxt Yerin peykinə uçan ilk ekspedisiyanın üzvü Edvin Oldrin demişdi. O bildirmişdi ki, "Apollon 11"in Aya səyahəti zamanı astronavtlar onların kosmik gəmisini müşayiət edən naməlum obyekt görüblər. Ekipaj bu barədə Yerə qayıdanda məlumat vermişdi, ancaq NASA rəhbərliyi bu xəbəri geniş kütlələrə çatdırmamışdı.
  • Müəllif: Guler
  • Tarix 23-01-2014, 11:49
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 568
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac