İman gətirən insan yalnız Allaha təvəkkül etməlidir

 

ALLAH Təalaya təvəkkül etmək nəticəsində insan öz istedad və gücünə etimad edər və təkəbbürə düçar olmaz. Çətinliklərə müqavimət göstərər və onlarla mübarizə aparar.

Təvəkkül nəticəsində insan ruhiyyəsi rahatlıq tapar. Təvəkkülün ruhumuza qoyduğu təsirlərə nəzər salaq:

1. İnsanın ALLAHa olan ehtiyac hissi təmin olunar və o, rahatlıq tapar. "Kim ALLAHa təvəkkül etsə, O, ona kifayət edər”. ("Təlaq” 3).

2. Fikri büluğa çatmaq. İmam Əli (ə) səcdədə bu cür buyurur: "Sənə təvəkkül edirəm, o kəsin təvəkkülünü ki, Sən hər şeyə qadirsən”.

3. Qabiliyyətlərinə müsbət hiss bəsləmək. Həzrət Peyğəmbər (s) o zaman ki, Məkəddən Mədinəyə hicrət edir, aşkar şəkildə və plansız iş görmür. Heç bir zaman "ALLAHım,2 Sənə təvəkkül edirəm” deməklə kifayətlənməzdi. İmam Əliyə (ə) əmr edir ki, səhərə qədər onun yatağında uzansın. Özü isə gecə yarısı gizli şəkildə Məkkəni tərk edir.

4. İmanı artar. ALLAH buyurur: "Möminlər gərək yalnız ALLAHa təvəkkül etsinlər”. ("Ali-İmran” 122). "Əgər imanınız varsa, yalnız ALLAHa təvəkkül edin». ("Maidə” 23). "Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).

5. İnkişaf edər. İmam Əli (ə) buyurur: "O kəs ki, ALLAHa təvəkkül edər, gecənin qaranlığı onun üçün aydın olar, çətinliklərdən xilas olar”.

6. İnsanın səy və çalışması artar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, insanların ən güclüsü olmaq istəyir, ALLAHa təvəkkül etsin”.

7. Başqaları ona zərər vura bilməz. Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) sual verir ki, ALLAHa təvəkkül etmək nədir? Cəbrayil (ə) buyurur: "Təvəkkülün həqiqəti budur ki, məxluqun sənə ziyan vura bilməməsinə, nə də fayda verməməsinə elmin olsun”.

8. Başqalarının ona fayda verə bilməyəcəyini bilmək. İnsan ALLAHa təvəkkül edərək, bağlılıqdan və başqalarına ürək bağlamaqdan azad olur. Tək pənah yeri ALLAH olur.

9. İlahi lütfə ümid bəsləmək. İmam Əli (ə) buyurur: "Necə qorxa bilərəm ki, Sən mənim ümidimsən? Necə məğlub olum ki, Sən mənim pənahqahımsan?”.

10. Yəqini artar. İmam Əli (ə) buyurur: "Yəqinin həqiqətinin tərcüməsi - təvəkküldədir”.

11. Çətinliklər rahatlığa çevrilər. ALLAHa təvəkkül etmək atəşi gülüstana çevirər. Həzrət İbrahimin (ə) təvəkkülü kimi.

12. Təvəkkül izzətə səbəb olar. İmam Sadiq (ə) buyurur: "Qüdrət və izzət davamlı olaraq hərəkətdədir. Nə zaman təvəkkül diyarına çatar, oranı öz vətəni seçər”.

O qəlb ki, ALLAHa təvəkkül edər, həm insanlardan ehtiyacsız olar, həm də izzət hiss edər. Çünki elə bir məxluqa söykənir ki, Ondan daha qüdrətlisi yoxdur.

 

(Tebyan/ Deyerler.org)

 

  • Müəllif: Pervin_M
  • Tarix 1-11-2013, 16:00
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 865
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac