dunyatv.az
CANLI YAYIN

Azərbaycanda daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb

23-01-2014, 12:48

2013-cü ildə Azərbaycanda daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.

DunyaTv.az "Trend”ə istinadən xəbərinə görə, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm, qan dövranı sisteminin yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə – 60 faiz, tetanus ilə – 42,9 faiz, epidemik parotit ilə – 38,3 faiz, qara yara ilə – 33,3 faiz, pedikulyoz ilə – 32,1 faiz, viruslu hepatit ilə – 28,1 faiz, qoturluq ilə – 15 faiz, brusellyoz ilə – 13,9 faiz, ağciyər vərəmi ilə – 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür


Oxunub: 1 101

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.