dunyatv.az
CANLI YAYIN

"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər

23-01-2014, 13:56

Bu cür nömrələri internet vasitəsi ilə sifariş etmək mümkün olacaq

Azərbaycanda yaxın vaxtlarda qonşu ölkələrdə olduğu kimi internet vasitəsi ilə xalq arasında "zerkalnı” kimi tanınan dövlət nömrə nişanlarının verilməsi gözlənilir.
Asnpress yazır ki, Baş Dövlət Yol Polisi İdarəsindən yerli KİV-lərə verilən məlumata əsasən, bu il idarənin rəsmi saytında yeni elektron xidmət haqqında məlumat yerləşdirilib.
Sürücülər arasında aparılan sorğu da onların bu xəbəri yaxşı qarşıladığını göstərdi.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sistemin işə düşməsi üçün bir sıra texniki məsələlər həllini tapmalıdır. Bununla isə informassiya texnoloqiyaları üzrə mütəxəssislər məşğul olurlar.
Dövlət nömrələrində rəqəm kombinasiyalara gəldikdə axırında 001 - 009 olan rəqəmli nömrələrin dövlət rüsumu 1500-2500 AZN, 100, 200, kimi nömrələrə 1000-1500 AZN, 111, 555, kimi nömrələrə gəldikdə 500-1000 AZN-dır.
Digər dövlət nömrə nişanların verilməsində müəyyən olunmuş məbləğ isə 18 azn-dır.

Dunyatv.az


Oxunub: 1 169

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.