dunyatv.az
CANLI YAYIN

“Dördbucaq” pendirli krekerlər

25-01-2014, 10:59

 Dunyatv.az size "Dördbucaq” pendirli krekerlərinin hazırlanma qaydasını təqdim edir

Tələb olunan ərzaqlar:
bərk pendir - 100 qr.
un - 100 qr.
kərə yağı - 70 qr.
soyuq su - 2 x.q.
duz - zövqə görə
Hazırlanma qaydası:

Pendiri sürtgəcin kiçik gözündənkeçirib unla qarışdırın. Soyuq yağ əlavə edib əlinizlə ovxalayın.

Xəmir formalaşana kimi qaşıq-qaşıq su əlavə edin. Hazır xəmiri 1 saat soyuducuda saxlayın.
Xəmiri mümkün qədər nazik yayın,fiqurlar (pendirli dilimlər) kəsib çəngəllə deşin.
Sobanı 200*С qızdırıb 8-10 dəqiqə bişirin. Soyudub dadından həzz alın.
İstəkdən asılı olaraq krekerə acıbibər, göyərti, küncüt və ya xaş-xaş əlavə etmək olar.

Nuş olsun!

Dunyatv.az

 

 


Oxunub: 765

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.