dunyatv.az
CANLI YAYIN

Növbəti seriyalar Azərbaycana həsr olunacaq

24-01-2014, 15:59

Növbəti seriyalar Azərbaycana həsr olunacaq

 "Qurdlar vadisi"nin növbəti seriaları Azərbaycana həsr olunub. Anonsu filmin baş qəhrəmanı Polad Ələmdar rolunu oynayan Necati Şaşmaz elan edib. Belə ki, filmin sonuncu seriyasında o, Karanın "bəs bundan sonra Türkiyədə nə edəcəyik, nə işlə məşğul olacağıq" sualına belə cavab verib: "Heç nə. Bu dəfə Azərbaycana gedəcəyik, qardaş ölkəyə. Orada bizim təşkilatın bir üzvü öldürülüb axı..."

Xatırladaq ki, əvvəlki seriyada Kara Bakıya öz adamının yanına gələrkən, onun öldürüldüyünü görür. Elə bu anda da həbs olunur.

Xatırladaq ki, artıq 10 ildən çoxdur ki, davam edən serial dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanır. "Qurdlar vadisi" əvvəl mafiya həyatından bəhs etsə də, sonrakı ssenarilər əsasən siyasi yönlü oldu . Bu gün dünyada baş verən bir sıra proseslər filmdə analiz olunur.


Oxunub: 907

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.