dunyatv.az
CANLI YAYIN

Mustafa Ceceli "Aləm gözəl"i oxumaq üçün kimdən icazə aldı?

25-01-2014, 11:05

Mustafa Ceceli "Aləm gözəl"i oxumaq üçün kimdən icazə aldı?

 Türkiyəli müğənni Mustafa Ceceli qalmaqallı "Aləm gözəl” mahnısını ifa edəcək.

Bu haqda Axşam.az saytına müğənni-bəstəkar Ramal İsrafilov məlumat verib.

"Mustafa Ceceli Bakıya gələndə millət vəkili Qənirə Paşayevanın vasitəçiliyi ilə görüşdük. O, "Aləm gözəl” mahnısını oxumaq istədi. Çox sağ olsun ki, mənim əməyimə qiymət verib, icazə aldı. Dedi ki, bu mahnını çox bəyənirəm, icazə verin oxuyum. Bu mahnı ətrafinda çox qalmaqal yaşandı. Müəllif kimi başqasının adı hallandırıldı. Amma o, həqiqəti bildi və izn istədi. Mustafa Ceceli sevimli sənətçidir. Ondan heç bir maddiyat tələb etmirəm. Artıq yaxın dostuq, tez-tez bir-birimizə ismarış yazırıq. Hətta təklif edib ki, ona mahnı da bəstələyim" - deyə R.İsrafilov bildirib.

Qeyd edək ki, "Aləm gözəl" bəstəsi ətrafında uzun müddətdir müəmmalar dolaşır. İndiyədək mahnı haqda bir çox iddia ortaya atılıb. Bəstənin digər ifaçısı, əməkdar artist Abbas Bağırov isə "Aləm gözəl"in Anar Məmmədova məxsus olduğunu deyib.

Dunyatv.az


Oxunub: 1 115

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.