Sumqayıt polisi üzərində 500 qrama yaxın narkotik maddə gəzdirən şəxsi saxlayıb [video]

 

Sumqayıtda üzərində narkotik maddə gəzdirən şəxs saxlanılıb.

Şəhər Polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları təzə avtovağzal yaxınlığında özünü şübhəli aparan Ramil Kərimovu şübhəli şəxs qismində tutaraq,istintaqa cəlb edib. O, ilkin ifadəsində 500 qrama yaxın narkotik maddə olan marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Hal-hazırda saxlanılan şəxsin narkotik maddəni haradan və necə əldə etməsi müəyyənləşdirilir.

Qeyd edək ki, əgər Ramil Kərimovun günahı sübuta yetirilərsə o, ömrünün  bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Dunyatv.az

 

 


  • Müəllif: Sebine
  • Tarix 25-01-2014, 13:52
  • Bölmə: Xəbərlər / Video / Kriminal, Hadisə
  • Baxılıb: 739
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac