dunyatv.az
CANLI YAYIN

Azərbaycanda dəhşət: ana və üç azyaşlı oğlu evdə ölü tapıldı

2-11-2013, 15:51

[/b]

 

  [b]Onların dəm qazından zəhərləndikləri ehtimal edilir
Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxunub: 1 315

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.