"Mançester Yunayted" rekord vuraraq "bomba"nı partlatdı

"Mançester Yunayted" transfer bombasını partladıb.

Dunyatv.az Fanat.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubu "Çelsi"dən Xuan Matanı heyətinə qatıb.

Bu barədə "Mançester Yunayted"in rəsmi saytı məlumat yayıb. Açıqlamada Matanın rekord məbləğdə transfer haqqı qarşılığında heyətə qatıldığı bildirilsə də, məbləğ açıqlanmayıb.
İngiltərə mətbuatı isə ispan oyunçunun 35-40 milyon funt-sterlinq arasında bir məbləğə alındığını yazıb. "Mançester Yunayted"in bundan əvvəlki rekordu 2008-ci ildə "Tottenhem"dən 30 milyon 750 min funt-sterlinqə alınan Dimitar Berbatov idi.
Hücumameylli yarımmüdafiəçi olan Mata 2011-ci ildə 23 milyon 500 min avro qarşılığında "Valensiya"dan "Çelsi"yə transfer olunmuşdu. London klubunun heyətində 145 oyun keçirən İspaniya yığmasının üzvü 33 qol vurub. Mata "Çelsi"dən əvvəl "Real"ın B komandasında (2006-2007, 39 oyun, 10 qol) və "Valensiya"da (2007-2011, 129 oyun, 33 qol) çıxış edib.
Ulduz futbolçu "Valensiya" ilə İspaniya "Kral Kuboku"nu (2007/08), "Çelsi" ilə isə Federasiya Kubokunu (2011/12), Çempionlar Liqasını (2011/12) və Avropa Liqasını (2012/13) qazanıb.
İspaniyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında çıxış etmiş 25 yaşlı yarımmüdafiəçi 2009-cu ildən dəvət aldığı A millidə 32 oyun keçirib və 9 qol vurub. 2006-cı ildə 19, iki il sonra 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionu olan Mata İspaniya A millisi ilə DÇ-2010 və AVRO-2012-nin qalibi adını qazınb. O, 2009-cu ildə FIFA Konfederasiyalır Kubokunda bürünc, dörd il sonra gümüş medal qazanıb.
Dunyatv.az

[/b][/b]
  • Müəllif: Sebine
  • Tarix 25-01-2014, 16:12
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 582
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac