dunyatv.az
CANLI YAYIN

Almaniya ordusunda uşaqlar da xidmət edir

26-01-2014, 21:42

 Almaniya Federal Ordusu 18 yaşından aşağı şəxsləri hərbi xidmətə götürür. Bununla Almaniya beynəlxalq razılaşmaları pozur. Belə ki, beynəlxalq razılaşmalara görə, 18 yaşdan aşağı şəxslərin orduda xidmət etməsi qadağandır. "Deyerler.org"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyanın Müdafiə Nazirliyi isə məsələ ilə bağlı deyib ki, 18 yaşdan aşağı şəxslər orduda əsgər kimi xidmət etmirlər, onlar sadəcə olaraq hərbi peşəyə öyrəşmək üçün orduya alınıblar. Nazirlikdən verilən açıqlamada həmçinin bildirilir ki, 18 yaşdan aşağı olan şəxslərə silah-sursat haqqında məlumatlar verilir, onlara hərbinin incəlikləri öyrədilir. Lakin, onlara silahla hər hansı bir işi görmək tapşırılmır.
Araşdırmalar zamanı bəlli olub ki, son 3 ildə Almaniya Federal ordusunda 18 yaşdan aşağı 3 min nəfər hərbidə olub.

Qeyd edək ki, BMT Uşaq Haqları Konvensiyasına görə, 18 yaşdan aşağı şəxslərin hərbiyə qəbul edilməsi qadağandır.



Oxunub: 894

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.