Havanın yağıtılı olacağı gözlənilir [proqnoz]

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperaturun gecə 1-3° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən yağmursuz.

Lakin gecə və səhər bəzi yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək. Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.
  • Müəllif: Guler
  • Tarix 27-01-2014, 10:53
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 647
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac