Paytaxtda ağır qəza: 5 nəfər xəsarət aldı

"Dostluq" kinoteatrının qarşında "Ford" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub
Bakı şəhərində dəhşətli avtomobil qəzası baş verib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından anspress-ə verilən məlumata görə, bu gün səhər saatlarında Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində, "Dostluq" kinoteatrının qarşısında iki minik avtomobili toqquşub.
"Ford" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn təcili yardım maşınları avtomobillərin içərisində sıxışıb qalan 20-25 yaş arası xəsarət alan insanları Bakı Şəhər 1 saylı Kilniki Tibbi Mərkəzə aparıblar.
Xəsarət alanlardan ikisinin qadın, üçünün işə kişi olduğu bildirilir. Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.
  • Müəllif: Guler
  • Tarix 27-01-2014, 10:55
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 637
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac