Binanın uçması ilə bağlı cinayət işi açıldı

Binanın uçması ilə bağlı cinayət işi açıldı

Bakının Nərimanov rayonunda sökülməkdə olan beşmərtəbəli binanın uçması ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, faktla bağlı dərhal Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.

Dunyatv.az

  • Müəllif: Sebine
  • Tarix 27-01-2014, 11:15
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 600
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac