Azərbaycanda gözlə müşahidə ediləcək Günəş tutulması olacaq

[/b]

 

 
 Sabah Günəş tutulması baş verəcək
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

O bildirib ki, saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq.

X.Mikayılov qeyd edib ki, Günəş tutulması, əsasən, Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək: "Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək”.
  • Müəllif: Asef
  • Tarix 2-11-2013, 21:00
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 797
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac