dunyatv.az
CANLI YAYIN

Bakıda daha bir sərnişin avtobusu qəzası

28-01-2014, 11:30

Bakıda daha bir sərnişin avtobusu qəzası

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində 10 TG 002 nömrə nişanlı 202 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə "Opel” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da "Opel” markalı avtomaşın deformasiyaya uğrayıb.
Hadisə yerinə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Yol polisinin dediyinə görə hadisə minik avtomobilinin avtobusun yoluna çıxması nəticəsində baş verib.
"İkinci dərəcəli yoldan baş yola çıxarkən düzünə hərəkətdə olan nəqliyyat vasitələrini gözləməyən "Opel” yol nəqliyyat qaydalarını pozub. Avtobusda sərnişin olmayıb” – deyə Yol polisi Pərviz Allahverdiyev bildirib.
Avtoqəzanın dəqiq hansı şəraitdə baş verməsi isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.


Oxunub: 891

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.