dunyatv.az
CANLI YAYIN

"Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi

29-01-2014, 10:21

 "Real"ın futbolçusu Qaret Beyl yenidən zədələnib.
Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti uelsli yarımmüdafiəçinin sol ayağında problem olduğunu deyib. Məhz bu səbəbdən o, İspaniya Kral kubokunda "Espanyol"la cavab qarşılaşmasının heyətinə daxil edilməyib.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Madrid klubuna transfer olan Beyl indiyə kimi matçların 53 faizində iştirak edib. O, yalnız 9 qarşılaşmada əsas heyətdə oynayıb.

Dunyatv.az


Oxunub: 1 119

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.