dunyatv.az
CANLI YAYIN

“Xəzər Lənkəran”dan milyon avroluq transfer

29-01-2014, 13:47

“Xəzər Lənkəran”dan milyon avroluq transfer

 "Xəzər Lənkəran” daha bir transfer gerçəkləşdirir. 

Dunyatv.az Futbol11.az saytına istinadən xəbər verir ki, bu, "Atletiko Paranaense"də oynamış  Eliasdı. Əvvəlcə Braziliyalı futbolçu ilə ortaq məxrəcə gələ bilməyən tərəflər artıq razılığa gəlib. 31 yaşlı pleymeyker "Xəzər Lənkəran”ın irəli sürdüyü şərtləri sonda qəbul edib. Braziliyalı oyunçu cənub klubu ilə ilyarımlıq müqavilə imzalayacaq. Müqavilənin dəyəri isə 1 milyon avro civarında olacaq.

Bunun futbolçunun menecerlərindən biri Furkan Şenol da təsdiqləyib. Şenol bildirib ki, braziliyalı futbolçunun həmyerlisi, eyni zamanda meneceri son anda bir problem çıxarmazsa, oyunçu cümə günü Lənkəranda olacaq və müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Elias Mustafa Dənizlinin "Xəzər Lənkəran"da israrla görmək istədiyi futbolçudur.

Dunyatv.az


Oxunub: 1 080

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.