Toyda kütləvi dava düşdü

Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib. Toyda birlikdə yeyib-içən həmyerlilər sonda bıçaq davasına çıxıblar. [/b]

Toy məclisində xeyli miqdarda spirtli içki qəbul edən dostlar bir-biriləri yersiz zarafat ediblər. Hadisəyə ilkin səbəb kimi sərxoş gənclərin bir-birinə nalayiq ifadələr işlətməsi göstərilir. Çox keçməyib ki, bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq xəstəxanya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Həkim Nurlan Qurbanov xəstənin kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə şöbəyə daxil olduğunu deyib: "Birinci cərrahiyyə işlənərək yaralar tikilib, qanaxma dayandırılıb. Hazırda şöbədə müayinə və müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağırdır".Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, Mehman Fətəliyevə bıçaqla xəsarət yetirən şəxs onun həmyerlisi 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

  • Müəllif: Dilber
  • Tarix 29-01-2014, 15:45
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 548
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac