dunyatv.az
CANLI YAYIN

"Muhteşem yüzyıl"da buzlu imtahan: buna necə dözdü?

29-01-2014, 15:25

 

Türkiyənin Star Tv telekanalında nümayiş olunan "Muhteşem yüzyıl" teleserialının yeni seriyasının çəkilişində gərgin anlar yaşanıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, ssenariyə görə, bədən temperaturu həddən ziyadə qalxan və qızdırma içində qovrulan Qanuni Sultan Süleymanın hərarətini aşağı salmaq üçün saray həkimləri sultanı içində buzlu su olan vannaya salırlar.
Sultan rolunu oynayan aktyor Halit Ergenc çəkiliş günündə 6 saat sərasər bu vannaya girib-çıxmaq məcburiyyətində qalıb.
Soyuqdan titrəyən H.Ergencə rejissor və operatorlar "Belə getsə, xəstələnəcəksiniz. Bəlkə, qısa fasilələrlə çəkək?" desələr də, aktyor inad edib.
"Kimsənin diqqətinin ayılmasını istəmirəm. Çəkilişlərə davam etdirək", - H.Ergenc deyib.
Daha sonra aktyor qripdən qorunmaq üçün elektrik isidicilərin qarşısında oturub.


Oxunub: 752

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.