520 milyon illik ən qədim beyin fosili

 Amerikalı paleontoloqlar indiyədək insanlara məlum olan ən qədim fosilləşmiş beyini aşkara çıxarıblar.

Bu beyin 520 milyon il əvvəl Çinin Yunyan vilayətinin ərazisində yaşamış buğumayaqlıya - Fuxianhuia protensaya aiddir.Dunyatv-nin "Nature" jurnalına istinadən xəbərinə görə, London Təbiət Muzeyindən olan paleontoloq Qreqori Eckomb (Gregory Edgecombe) və onun qrupu bu gözəl şəkildə saxlanmış fosili ətraflı araşdırıb. Qreqori Eckomb 520 milyon il yaşı olan fosil barədə bunları deyib: "Biz bu beyinin mürəkkəblik dərəcəsinə görə xərçəngkimilər və həşəratların malik olduqları mürəkkəb beyin ilə eyni olmasına təəccübləndik. Bu beyin kimi omar və krevetlərin də beyinləri üç seqmentdən ibarətdir və göz budaqlarında çoxlu sinir lifləri var. Belə quruluşlu beyinin yarım milyard il ərzində heç bir dəyişikliyə məruz qalmadan qalması heyranedicidir."London Təbiət Muzeyindən başqa bir elm adamı olan paleontoloq doktor Hioya Ma (Xiaoya Ma) isə bunları demişdir: "Biz bu canlıların beyinlərinin kompleksliliyinə çox təəccübləndik, çünki bu canlıların çox primitiv beyinə malik olduğunu zənn edirdik. "Fuxianhuia”nın beyini həşəratlar və xərçəngkimilər - omar və yengəclərin beyini kimi çox mürəkkəbdir. Bu o deməkdir ki, mürəkkəb sinir sistemi artıq yarım milyard ildir mövcuddur.”

Dunyatv.az
  • Müəllif: Dilber
  • Tarix 29-01-2014, 15:45
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 575
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac