dunyatv.az
CANLI YAYIN

Orta məktəb məzunlarını sevindirəcək qərar

29-01-2014, 15:45

 Ötən il olduğu kimi, bu il də bütün 11-ci sinif məzunlarına attestat, 9-cu sinif məzunlarına isə şəhadətnamə veriləcək

Ötən il olduğu kimi, bu il də hər hansı fəndən iki qiyməti almasından asılı olmayaraq, orta məktəbin bütün 11-ci sinif məzunlarına attestat, 9-cu sinif məzunlarına isə şəhadətnamə veriləcək. Dunyatv.az ANS PRESS-ə istinadən xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabineti orta məktəb məzunlarına attestatların verilməsi ilə bağlı qaydalara dəyişikliklər edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar, həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.

Dunyatv.az


Oxunub: 636

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.