dunyatv.az
CANLI YAYIN

Azərbaycanda nümunəvi sürücülərə xoş xəbər

29-01-2014, 15:45

 Azərbaycanda müsbət sığorta halları tarixçəsinə malik olan avtonəqliyyat sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polisləri üzrə endirimlərdən istifadə edə biləcəklər.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İcbari sığorta Bürosunun yaydığı məlumatda deyilir.
Məlumata görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən sığortalıların Bonus-Malus sinfi yenilənib. Belə ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106 580 sığortalıya sığorta haqqının 10%-i qədər, 192 352 sığortalıya sığorta haqqının 5%-i qədər güzəşt əmsalı tətbiq ediləcək. Son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.
Dunyatv.az


Oxunub: 669

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.