dunyatv.az
CANLI YAYIN

Azərbaycanda qatar relsdən çıxdı

29-01-2014, 15:45

Azərbaycanda yük qatarı relsdən çıxıb. 

Anspress-in məlumatına görə, hadisə dəmiryolunun Hacıqabul rayonunun Muğanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov anspress-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ölkə daxilində tikinti materialları, daş daşıyan qatarda qeydə alınıb.

Qurum rəsmisi faktla bağlı daha ətraflı məlumatın veriləcəyini bildirib. 


Oxunub: 634

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.