dunyatv.az
CANLI YAYIN

Çempionatımız rekord qırdı

29-01-2014, 15:34

Milli çempionatların bu gün açıqlanan reytinq siyahısında ən çox inkişafa nail olan ölkələr məlum olub.

 "Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə rekord Azərbaycan çempionatına məxsusdur.
Dünyanın ən güclü 125 milli çempionatının siyahısında 84-cü pillədən 43-cü yerədək irəliləyən Topaz Premyer Liqası planetin ən böyük inkişafına nail olub. Lakin bu rekordun şərikləri də var.
Belə ki, 68-ci yeri 27-ciyə dəyişən Bolqarıstan və 87-dən 46-ya sıçrayan Misir də birdən-birə 41 addım atıb. Çin 36, İslandiya 26, Lüksemburq 25 pillə irəliləyişə nail olmaqla diqqət çəkib.
Antirekord isə ekzotik çempionatlara məxsusdur.
Sudan liqası 91-ci pilləyə yuvarlanmaqla, 56 mövqeyə aşağı düşüb. Geriləməsi 47-yə bərabər olan Avstraliya siyahıda 99-cu yerdədir. Zimbabve və Avropada ən çox geriləyən Macarıstanda isə bu rəqəm 30-a bərabərdir.
Qeyd edək ki, siyahıda 6 yeni ölkə də var. Bir il əvvəl ən yaxşılar arasında olmayanlardan ən yüksək mövqedə Konqo çempionatı qərarlaşıb - 98-ci yer.
Dunyatv.az


Oxunub: 704

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.