Facebook aktivi necə həbs olundu?

 

Vəkil Xalid Bağırov hüquqlarını müdafiə etdiyi bloqçu Ömər Məmmədovla bağlı "Media forum” saytına açıqlama verib. 

Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanılır.1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə "Axın” hərəkatını təsis edib.Yanvarın 29-da "Media forum” saytına açıqlama verən vəkil Xalid Bağırovun sözlərinə görə, Ömər Məmmədov həbs olunduqdan sonra aparıldığı Baş Narkotiklərlə Mübarizə İdarəsində döyülüb: "Həbs olunduqdan sonra idarədə etiraf ifadələri almaq üçün ona fiziki təzyiq göstərilib. Bədəninin müxtəlif yerlərinə, baş nahiyəsinə zərbələr endirilib, onu ailəsi və yaxınlarına təzyiq göstəriləcəyi ilə hədələyiblər”.Vəkil hesab edir ki, Ömərin həbsi sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlıdır: "Bloqçu Əbdül Əbilov həbs olunan dövrdə Ömər Məmmədov Bakıda olsaydı, onu həmin vaxt tutardılar. Təsəvvür edin ki, hələ iki-üç ay öncə bloqçu Əbdül Əbilov həbs olunanda Ömər Məmmədovun atası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Ömərin "Facebook” sosial şəbəkəsindəki fəaliyyətinə, bu şəbəkədə idarə etdiyi qruplara görə onun atasına təzyiqlər edilib. Hətta atasının telefonu ilə Kiprdə olan Ömərlə telefon əlaqəsi yaradılıb, ondan bütün işlətdiyi səhifələrdən uzaqlaşması tələb olunub. Bundan sonra Ömər Məmmədov işlətdiyi bütün qrupları təhvil verib, fəaliyyətini dayandırıb.Ömər Məmmədov yanvarın 20-də axşam saatlarında Bakıya qayıdıb. Yanvarın 21-də səhər saatlarında o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Üstündə olan noutbuku onun yanında açaraq baxıblar və müəyyən ediblər ki, onun artıq heç bir "Facebook” fəaliyyəti yoxdur. Axşam onu buraxıblar. Yanvarın 24-də isə Öməri həbs ediblər. İndi bütün bu olanların və Ömərin həbsinin onun sosial şəbəkə fəaliyyəti ilə bağlı olmadığına heç kəsi ciddi şəkildə inandırmaq mümkün deyil”.Vəkilin bildirdiyinə görə, Ömər Məmmədovun həbsindən apellyasiya şikayəti verilib.

Dunyatv.az
  • Müəllif: Dilber
  • Tarix 29-01-2014, 20:10
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 563
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac