"Eurovision-2014" də auditoriyanı qarşılamaq üçün xüsusi qayıqlar fəaliyyət göstərəcək

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində auditoriyanı qarşılamaq üçün xüsusi transfer qayıqlar fəaliyyət göstərəcək. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müvafiq qayıqlar birbaşa dəniz vasitəsilə qonaqları Nyhavn dəniz limanından müsabiqənin keçiriləcəyi "Bamp;W Hallerne" arenasına gətirəcək.
Nəzərinizə çatdıraq ki, Kopenhagenin əsas yolları Rifşelona aparmadığından yarışmanın işçi qrupu tərəfindən qonaqların rahatlığını təmin etmək məqsədilə Nyhavn dəniz limanına yeni transfer qayıqlar gətirilib.
Qeyd edək ki, şounu izləməyə gələcək on minlərlə tamaşaçını yerləşdirmək məqsədi ilə qayıqlara əlavə oturacaqların qoyulması planlaşdırılır
  • Müəllif: Guler
  • Tarix 29-01-2014, 21:20
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 641
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac