Azərbaycanın növbəti tanıtım videosu yayılıb-[video]

 

Azərbaycanın növbəti tanıtım videosu yayılıb.
Gün.Az-ın verdiyi xəbərə görə, "Azerbaijan - Land of the Future” videosunda ölkə müasirliklə tarixin qovuşduğu məkan kimi göstərilib. Videoda həm tarixi abidələr və məkanlar, həm də yeni tikililər, "Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şəhidlər Xiyabanı, Qobustan qaya rəsimləri, Şəki Xan Sarayı və digərləri nümayiş etdirilib.
Bundan başqa videoda Azərbaycanın həm də təbii sərvətlərlə, xüsusiilə də neft və qazla zəngin ölkə olmasından və bu sahənin tarixindən danışılır. Şahdəniz dünyanın ən böyük qaz yataqlarından biri olması qeyd olunur. Neft-qaz sahəsində dünyaca uğurla layihələr haqqında məlumat verilir.
Bu məqamda SOCAR-ın lider enerji şirkətlərindən olması vurğulanır. Və SOCAR-ın yeni tikilməkdə olan binası nümayiş etdirilir.
Bundan başqa videoda çay istehsalının da vaxtilə Azərbayucanın əsas sahələrindən olması  qeyd edilir. Və bu geniş çay plantasiyalarının nümayiş olunması ilə müşayiət olunur.
Videoda xalçaçılıq sənəti də yaddan çıxarılmayıb və dünyaca məşhur olan Azərbaycan xalçaçılıq sənətinin nümunələri diqqətdən kənar qalmayıb.

  • Müəllif: Guler
  • Tarix 30-01-2014, 08:38
  • Bölmə: Xəbərlər / Video
  • Baxılıb: 589
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac