dunyatv.az
CANLI YAYIN

Apple Günəşdən yararlanacaq

30-01-2014, 09:50

 

Apple şirkəti noutbuklar üçün sensorlu idarəetməni dəstəkləyən və kənar günəş batareyalarının quraşdırılması imkanına malik ikitərəfli displey üçün patent hüququ alıb. Bu barədə AppleInsider internet portalının məlumatında deyilir.
Dunyatv.az ICTnews-a istisnadən bildirir ki, displeyin bir tərəfi ənənəvi kompüter ekranı kimi olacaq. Onun arxa tərəfi elektrik cərəyanının təsiri nəticəsində öz şəffaflığını dəyişən elektroxrom şüşə ilə bağlıdır. Bu şüşə qatında kiçikölçülü əlavə ekran, sensorlu idarəetmə modulları və ya noutbukun enerji toplaması üçün istifadə edilən günəş batareyaları yerləşə bilər.
Displeyin arxa tərəfini müstəqil şəkildə idarə olunan ayrı-ayrı zonalara bölmək mümkündür. Belə konstruksiya bağlı noutbukun qapağına bildiriş və oxunmamış məlumatları daxil etməyə, sensorlardan qurğuların mexaniki və ya proqram bloklanması üçün istifadəsinə, eləcə də mediafaylların səsləndirilməsinin idarəetməsinə imkan verir.
Həmçinin vurğulanır ki, displey müxtəlif materiallardan, o cümlədən metal, keramika, şüşə və ya karbondan istifadə etməklə istehsal oluna bilər. Apple şirkətinin bu displeylərdən gələcək məhsullarda istifadəsi ilə bağlı planları haqqında məlumat verilmir.
Qeyd edək ki, Apple ötən il ABŞ-da qeydiyyatdan ən çox patent keçirən şirkətlər reytinqində 22-ci yerdən 13-cü yerə yüksəlib. 2013-cü ildə şirkət ümumilikdə 1780 yeni patent hüququ əldə edib.
 Dunyatv.az


Oxunub: 610

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.