dunyatv.az
CANLI YAYIN

Röyaya şokolad buketi verdilər [foto]

30-01-2014, 12:25

Müğənni Röya Ayxan ötən gün solo konsertinin ikinci gününündə çıxış edib. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Sarayında "Mənəm" adlı konsert proqramı maraqlı anlarla yadda qalıb.

İlk gündə olduğu kimi bu dəfə də sənət yoldaşları sənətçini tək qoymayıblar. Onu izləməyə gələn qonaqların sırasında gənc ifaçı Günay İbrahimli də olub. O, Röyaya orijinal şokoladlardan ibarət buket hədiyyə edib. Röya Ayxan bu sürprizi çox bəyəndiyini bildirib.

Xatırladaq ki, 4 günlük konsert proqramının ilk günü də ifaçını sənət yoldaşları hədiyyə atəşinə tutmuşdular. Bir-birinin ardınca sevilən mahnılarını yeni oranjimanda səsləndirən ifaçı həyəcanlı olduğunu bu dəfə də gözdən yayınmayıb. Müğənni səhnədə geyindiyi libas da hamının marağına səbəb olub. Möhtəşəm səhnə dekorasiyası, lazer şou, qeyri-adi işıqlandırma sistemi isə ifaçının çıxışlarına rəngarənglik qatıb.


Oxunub: 1 853

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.