dunyatv.az
CANLI YAYIN

Rusiya Ukraynaya yardımı dayandırıb

30-01-2014, 13:50

Rusiya Ukraynaya yardımı dayandırıb

 Rusiya prezidenti Vladimir Putin hökumətə Ukraynada yeni hökumət yaradılanadək  bu ölkəyə 15 milyard dollarlıq yardım paketinin dayandırılmasını göstəriş verib.
Amma o ölkəsinin  bu kredit və qazın qiymətinin ucuzlaşdırılması ilə bağlı Ukrayna ilə əldə olunmuş razılaşmanın şərtlərini yerinə yetorməyə hazır olduğunu qeyd edib.Rusiya artıq bu məbləğin 3 milyardını köçürüb.
Putin çərşənbə axşamı Brüsseldə vəd etmişdi ki, əgər Ukraynada yeni hökumətə  müxalifət nümayəndələri gəlsə belə, Moskva kredit razılaşmasına yenidən baxmayacaq.
Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi  və əvəzində iqtisadi böhrandan yayınmaq üçün Rusiya ilə belə bir sövdələşməyə getməsi ölkədə kütləvi etirazlara səbəb olub.
Ukrayna prezidenti Viktor Yanukovych dünən hökumətin istefasını qəbul edib.
Müxalifətlə hakimiyyıt razılığa gəlməyə çalışırlar.


Oxunub: 703

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.