dunyatv.az
CANLI YAYIN

Sumqayıtlılar may ayından Bakıya rahat gedib-gələ biləcəklər

30-01-2014, 13:50

Sumqayıtlılar may ayından Bakıya rahat gedib-gələ biləcəklər

”Avtovağzal” stansiyası 2014-cü ilin may ayında istifadəyə veriləcək.

Bunu "Axar.az”a açıqlamasında Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva deyib. O, "Avtovağzal” stansiyasının eks-prezident Heydər Əliyevin 91 illiyinə qədər istismara veriləcəyini bildirib.

Mətbuat katibi həmçinin metroya yeni vaqonların gətirilmə niyyətinin olduğunu da qeyd edib. "Avro-4 standartlarının tədbiqi ilə əlaqədar metroya yeni vaqonlar gətiriləcək. Amma onun nə zaman, nə qədər gətiriləcəyi hələ dəqiq bəlli deyil. Ola bilsin Avtovağzala çəkiləcək yeni stansiyanın açılışı ilə əlaqədar onlar da istifadəyə verilsin”.


Oxunub: 685

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.