Məşhur türk aktyorlar barədə həbs - Şok qərar

Məşhur türk aktyorlar barədə həbs - Şok qərar

 Kenan İmirzalıoğlu, Ersin Korkut, Engin Günaydın və Şahin Irmak, habelə müğənni Mehmet Erdem barədə gözlənilməz qərar verilib.

Türkiyənin tanınmış aktyorları arasında yer alan Kenan İmirzalıoğlu, Ersin Korkut, Engin Günaydın və Şahin Irmak, habelə müğənni Mehmet Erdem barədə gözlənilməz qərar verilib.
İstanbul prokurorluğu onların 6 ildən 17 ilədək müddətdə azadlıqdan məhrum olunmasını tələb edir.
İstanbul Polisinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən ötən ilin avqustun 6-da keçirilmiş əməliyyatda 53 nəfər tutulmuşdu. Onlar "narkotik maddələrlə ticarət, narkotik maddələrdən istifadə etmək və saxlamaq"da suçlanmışdılar.
Şübhəli şəxslər qismində tutulanlardan Fırat Dağtaş "mütəşəkkil cinayətkar qrup yaratmaq və narkotik maddələr ticarəti ilə məşğul olmaq"da suçlanıb. Onun 9,5-28,5 il arasında həbsi istənilir.
Ahmet Çardak kokain və heroin ticarətində suçlanıb: onun 13-38 il arasında həbsi tələb olunur.
Müğənnilər Mehmet Erdem, Koray Candemir, Barış Güney ve Cihan Güçlü, rejissorlar Uluç Bayraktar və Mehmet Can Karcı, aktyorlar Kenan İmirzalıoğlu, Engin Günaydın, Sarp Apak, Ersin Korkut, Gökçe Özyol, Murat Yıldırım, Eray Özbal, Cemil Büyükdöğerli, Duygu Yetiş, Kağan Razgırat, Onur Buldu, Şahin Irmak, Murat Eken, Erdem Baş isə "narkotik maddələr ticarəti, narkotik maddələr saxlamaq və istifadə etmək"də suçlanıblar. Onların 6-17 il arasında azadlıqdan məhrum edilməsi tələb olunur.
Aktyor Hakan Yılmaz isə 20 il müddətinə həbsxanaya düşə bilər.
Sözügedən şəxslərin də daxil olduğu 53 nəfərin məhkəməsi mayın 21-nə təyin edilib.

Dunyatv.az

 

  • Müəllif: Sebine
  • Tarix 30-01-2014, 13:50
  • Bölmə: Xəbərlər / Şou-Biznes
  • Baxılıb: 547
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac