dunyatv.az
CANLI YAYIN

Röya işığa 250 min xərclədi - [Foto]

31-01-2014, 12:44

"Hər zaman arzum idi, sarayda elə bir dekorasiya qurum ki, bütün səhnə bağlansın"
Müğənni Röya Ayxanın "Mənəm” adlı solo konserti barədə maraqlı açıqlama verib. Ans press-in məlumatına görə, sənətçi Azərbaycan səhnəsində nadir görünən dekorasiyasına xərclədiyi məbləği açıqlayıb. Röya bu barədə yerli telekanallarda yayımlanan müsahibəsi zamanı bildirib. O, bildirib ki, bir tək işıqlara 250 min manat pul xərclədiyini açıqlayıb:
"Bu işıqları ilk dəfə mən etdim. 250 min manat xərc çəkmişəm. Bu, yarım milyonun yarısıdır, az pul deyil. Hər zaman arzum idi, sarayda elə bir dekorasiya qurum ki, bütün səhnə bağlansın, bunu da etdim”.
Röya Ayxan solo konsertdə üç yeni mahnısını təqdim edib: "Əslində, dörd mahnı təqdim edəcəkdim. Amma birinin aranjimanı hazır olmayıb deyə, çatdırmadım. Murad Arifin "Ona nə var”, Sevinc xanımdan Latın Amerika stilində olan "Sevgilim, səni atdım” və Pərviz Mahmudovun "Mən sənsiz” adlı bəstələrini ilk dəfə konsertdə oxudum”.
Xatırladaq ki, Röya 4 gün davam edən konsert proqramında yeni mahnıları ilə yanaşı köhnə mahnılarını yeni oranjimanda səsləndirib. Konsertin ilk günü maraqlı məqamlardan biri də, oğlu Hüseyin və həyat yoldaşı Anarın səhnəyə çıxmağı olub.
Dunyatv.az

Röya işığa 250 min xərclədi - [Foto]

 Röya işığa 250 min xərclədi - [Foto]

 Röya işığa 250 min xərclədi - [Foto]

 



Oxunub: 1 164

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.