Dünya futbolunda şok - Klub oyundan imtina etdi

Dünya futbolunda şok - Klub oyundan imtina etdi

İspaniya Kral Kubokunun dörddə bir final oyununda "Real Sosyedad"la qarşılan "Rasinq" klubunun futbolçuları dünyada bənzəri görülməyən aksiyaya əl atıblar.
Dunyatv.az Qaynar.info-ya istinadən xəbər verir ki, "Rasinq" futbolçuları və texniki heyət maaşlarını ala bilmədikləri üçün oyuna çıxmaqdan imtina ediblər.
Futbolçular pullarını ala bilmədikləri üçün topa toxunuşdan qabaq çiyin-çiyinə dayanıblar. Bundan sonra hakim klubun kapitanına "Oynayacaqsınız?" sualını verib. Oyunçuların "yox" cavabından sonra hakim oyunu təxirə salıb.
Klubun azarkeşləri də komandanın aksiyasını alqışlarla dəstəkləyiblər.
İspaniya Futbol Federasiyasının qanunlarına görə, "Rasinq" 6 min avro məbləğində cərimələnərək, gələn il Kral Kubokundan kənarlaşdırılıb.
Dunyatv.az

[b][/b]

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 14:22
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 548
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac