Maraqlı! Ruslar niyə tez ölür?

Maraqlı! Ruslar niyə tez ölür?

  Rusiyada ölüm sayının son vaxtlarda artmasının səbəbi ifrat dərəcədə alkoqol, xüsusilə də vodka qəbul etmələridir.

Dunyatv.az xəbər verir ki, "The Lancet”in apardığı tədqiqata görə, 22 faiz rus kişi 55 yaşından əvvəl, ifrat dərəcədə alkoqol qəbul etməsi səbəbilə dünyasını dəyişir.

İngiltərədə isə bu rəqəm 7 faizdir. Ölüm səbəbləri isə daha çox alkoqolizm və qaraciyər xəstəliyi olur. Çoxları isə qəzalarda və ya əlbəyaxa döyüşlərdə vəfat edir.

Moskva Xərçəng Mərkəzi, İngiltərə Oksford Universiteti və Ümumdünya Səhiyyə Təşkilatı 10 il müddətində 3 Rusiya şəhərində içki qəbul edən 151 min yetkin insan üzərində bu tədqiqatı aparıb. Bu müddət ərzində 8 min insan dünyasını dəyişib.  

Oksford Universitetinin professoru Riçard Peto , Rusiya xalqının ölüm göstəricisinin son 30 ildə artdığını, bunun səbəbinin vodka olduğunu deyib.

Dunyatv.az

 

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 16:01
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 701
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac