Bakıda sürüşmə və əzilmə nəticəsində 17 nəfər xəsarət alıb

 Bu gün səhər saat 09:00-dan günorta saatlarına qədər yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 17 müraciətlər daxil olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, onların hamısı ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. O deyib ki, müraciətlər Xəzər rayonu istisna olmaqla Bakının bütün rayonlarından daxil olub: "Zədələnənlər arasında qadınlar üstünlük təşkil edib. Onlar arasında ciddi xəsarət alan olmasa da hadisə nəticəsində sınıq, çıxıq kimi diaqnozlar qoyulub və lazımi tibbi yardım göstərilib. Bəzi insanlara isə ilkin yardım edildikdən sonra evlərinə aparılıb”.

Dunyatv.az

  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 16:24
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 833
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac