Belə də oğru var

Yaponiyadakı çox qəribə oğurluq hadisəsi yerli polisi də heyrətləndirib.

Müxtəlif vaxtlarda çeşidli gecə klublarından və restoranlardan 450 cüt dikdaban ayaqqabı oğurlamış 28 yaşlı gənc tutulub. O, oğurladığı ayaqqabıların hamısını evində saxlayırdı.
Dunyatv.az AsiaOne-a istinadən bildirir ki, hər şey paytaxt Tokionun məşhur Qinza bölgəsindəki gecə klubundan 14 cüt dikdaban ayaqqabının oğurlanması ilə bağlı şikayətdən sonra başlanıb.
Polis axtarışlara başlayıb və ayaqqabıların 28 yaşlı işsiz Şo Sato tərəfindən oğurlandığı təsbit edilib.
Bu gəncin kirayədə qaldığı mənzilə basqın edən polis əməkdaşları orada 450 cüt dikdaban ayaqqabı tapıblar.
Polisdə verdiyi ifadəsində Şo Sato deyib: "Klublar və restoranlardan ayaqqabı oğurlamaq əyləncədir. Dikdaban ayaqqabı oğurlamaqdan zövq alıram. Amma təzə ayaqqabılar mənimçün əsla maraq kəsb etmir".
Dunyatv.az
[b][/b]
  • Müəllif: Ali
  • Tarix 31-01-2014, 16:28
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 930
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac